WUF13 — Ümumdünya Şəhərsalma Forumu
BMT-Habitat-ın Ümumdünya Şəhərsalma Forumu üçün geyim və promo məhsulların çapını həyata keçirdik.
Tədbir məhsullarında əsas çətinlik say və vaxtdır: eyni dizayn müxtəlif ölçülərdə və müxtəlif parça rənglərində eyni görünməlidir, hamısı isə tədbirdən əvvəl hazır olmalıdır.
Nə hazırladıq
- BMT-Habitat polo köynəkləri — döşdə loqo, arxada "For a better urban future"
- WUF13 futbolkaları — ağ və qara, dörd fərqli dizayn
- "It's time to house the world" rəngləmə kitabçaları
- Karandaş dəstləri çap edilmiş qutuda
- Yaxa etiketləri
Tədbiriniz üçün geyim və promo məhsul lazımdır? Sayı və tarixi bildirin — qiymət təklifi hazırlayaq.