Mətbəə məhsulları

Flayerlər

Kampaniya, təqdimat və tədbirlər üçün flayer sifarişinizi ölçü, kağız, çap tərəfi və istehsal prioritetinə uyğun formalaşdırın.

  • Standart, A6, A5, A4 və kvadrat ölçülər
  • 130–300 gsm kağız seçimləri
  • 1 və 2 tərəfli çap, laminasiya seçimi
  • 100–10 000 və daha çox tiraj
Print.az flayer nümunəsi
Ölçü
Tiraj
Prioritet
Kağız
Çap tərəfi
Laminasiya
Hazırlanma müddəti
Çatdırılma
Dizaynınız hazırdır?
Dizayn faylı və qeydlər

Mətn, rəng, yerləşdirmə və ya digər xüsusi istəklərinizi burada qeyd edə bilərsiniz.

Flayerləri beş ölçüdə çap edirik: standart 99×210 mm, A6, A5, A4 və kvadrat 148×148 mm. Kağız 130-dan 300 qrama qədər, bir və ya iki tərəfli, laminasiya seçimi ilə. Tiraj 100 ədəddən 10 000 ədədə qədərdir.

Ölçünü nəyə görə seçmək

Standart 99×210 mm əl ilə paylamaq üçün ən rahat ölçüdür — cibə və çantaya asanlıqla girir. A6 daha kiçik və sərfəlidir, masaüstü stend üçün uyğundur. A5 ən çox işlənən ölçüdür. A4 isə çox məlumat, qiymət cədvəli və ya menyu üçündür. Kvadrat 148×148 mm sosial medya vizualları ilə eyni nisbətdədir və diqqət çəkir.

Kağızın qramlığı

130 qram küçədə paylanan böyük tirajlar üçün sərfəlidir. 170 qram əldə daha etibarlı hiss olunur və ən balanslı seçimdir. 250 və 300 qram artıq kartona yaxındır: qiymət siyahısı, menyu və ya uzun müddət saxlanılacaq flayer üçün məna daşıyır.

Qiymət yoxsa sürət

Sifariş formasında prioritet seçimi var: «Ən sərfəli qiymət» və ya «Ən sürətli istehsal». Bu seçim istehsal planlamasına təsir edir. Tədbirə çatdırmaq lazımdırsa sürəti, tarix sərbəstdirsə qiyməti seçin — fərqi qiymət hesablayıcıda dərhal görəcəksiniz.

Laminasiya lazımdırmı

Küçədə paylanan və bir dəfə baxılıb atılan flayer üçün laminasiya lazım deyil və xərci artırır. Menyu, qiymət siyahısı və ya uzun müddət istifadə olunacaq material üçünsə laminasiya kağızı ləkə və əzilmədən qoruyur.

Fayl tələbləri

PDF, CMYK, hər tərəfdən 3 mm kənar payı. Vacib mətni kəsim xəttindən ən azı 3 mm içəridə saxlayın. Hazır dizaynınız yoxdursa, Print.az tərəfindən hazırlanması 20 AZN təşkil edir.

Tez-tez verilən suallar

Flayer hansı ölçülərdə çap olunur?

Standart 99×210 mm, A6, A5, A4 və kvadrat 148×148 mm. Əl ilə paylamaq üçün 99×210 mm ən rahatıdır.

Hansı qramlığı seçim?

130 qram böyük tirajlar üçün sərfəlidir, 170 qram ən balanslı variantdır. 250-300 qram menyu və qiymət siyahısı kimi uzunömürlü materiallar üçündür.

«Ən sərfəli qiymət» və «Ən sürətli istehsal» nə deməkdir?

Sifarişin istehsal planında necə yerləşdiriləcəyini müəyyən edir. Tarix sərbəstdirsə qiyməti, tədbirə çatdırmaq lazımdırsa sürəti seçin.

Ən az neçə ədəd flayer sifariş etmək olar?

100 ədəddən başlayaraq, 10 000 ədədə qədər.

Yekun məbləğ 0.00 AZN